“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli prioritetlər” mövzusunda açıq dərsi keçirilmişdir.

2 dekabr 2025-ci il tarixində Tarix vəcoğrafiya fakültəsinin Sosial iş ixtisasının III kursunda Sosial fənlər kafedrasının müəllimi Yusibova Günel Yalçın qızının “Sosial proqramlar və xidmətlər” fənnindən ” Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli prioritetlər” mövzusunda açıq dərsi keçirilmişdir.

Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, proyektordan səmərəli istifadə olundu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələblər ödənildi.

         Açıq dərsdə Sosial fənlər kafedrasının müdiri dos. Cavid Bağırzadə, dos. əv. Azər Cəlilov, b/m. Şəhriyar Quliyev iştirak etmişdir.