Gənclərlə iş ixtisasının magistri “Qiymətləndirmə zamanı istifadə olunan əsas amillər” mövzusunda sınaq dərsi

03 aprel 2026-cı il tarixində Sosial fənlər kafedrasının Gənclərlə iş ixtisasının magistr Sədaqət Şahniyarova Tarix və coğrafiya fakültəsinin Sosial iş ixtisasının 1 kursunda Sosial işin nəzəriyyəsi və təcrübəsi-2 fənnindən “Qiymətləndirmə zamanı istifadə olunan əsas amillər” mövzusunda sınaq dərsi keçirilmişdir. Dərs zamanı müəllim tərəfindən sosial iş fəaliyyətində qiymətləndirmə prosesinin mahiyyəti, qiymətləndirmə meyarları, istifadə olunan metod və üsullar, həmçinin sosial iş praktikası zamanı bu amillərin əhəmiyyəti geniş şəkildə izah olunmuşdur.

Sınaq dərsində qiymətləndirmə prosesində obyektivlik, məlumatların toplanması, sosial mühitin və fərdi xüsusiyyətlərin nəzərə alınması, sosial iş müdaxiləsinin effektivliyinin müəyyən edilməsi kimi amillər təhlil edilmişdir. Mövzu tələbələrə təqdimatlar, müzakirələr və praktik nümunələr vasitəsilə izah olunmuş, onların mövzu üzrə fəallğı təmin edilmişdir.

Dərsin sonunda tələbələrin mövzu üzrə biliklərinin möhkəmləndirilməsi məqsədilə sual-cavab aparılmış və mövzunun sosial iş fəaliyyətində praktik əhəmiyyəti vurğulanmışdır.