






07.04.2026-cı il tarixdə Tarix və Coğrafiya fakültəsində tədris prosesində yeni təlim texnologiyalarının və müasir tədris metodlarının tətbiqinə nəzarət məqsədilə monitorinq qrupu tərəfindən monitorinq keçirilmişdir. Monitorinqin əsas məqsədi fakültədə aparılan dərslərdə müasir təlim texnologiyalarının tətbiqi səviyyəsini, müəllimlərin istifadə etdikləri tədris metodlarını, dərs prosesinin təşkili və tələbələrin dərsdə fəallıq səviyyəsini müşahidə etmək və qiymətləndirmək olmuşdur.
Monitorinq zamanı müxtəlif ixtisaslar üzrə keçirilən mühazirə və seminar dərsləri izlənmiş, müəllimlərin dərs prosesində interaktiv təlim üsullarından istifadə etməsi, mövzuların təqdim olunma forması, tələbələrlə qarşılıqlı əlaqə və dərsin elmi-metodiki səviyyəsi diqqət mərkəzində saxlanılmışdır. Eyni zamanda dərslərdə təqdimatların, müasir informasiya texnologiyalarının və digər tədris vasitələrinin tətbiqi də qiymətləndirilmişdir.
Keçirilən monitorinq nəticəsində fakültə tədris prosesinin ümumi təşkili, müəllimlərin peşəkar fəaliyyəti və tələbələrin dərs prosesində iştirakı müsbət qiymətləndirilmişdir. Monitorinq qrupu tərəfindən müşahidə olunan dərslər üzrə müəyyən qeydlər və tövsiyyələr verilmiş, tədris prosesinin daha da təkmilləşdirilməsi üçün müvafiq təkliflər irəli sürülmüşdür.