Tarix və coğrafiya fakültəsində seçmə fənlərin müəyyən edilməsi

06.04.2026-cı il tarixində Azərbaycan tarixi kafedrasının müəllimləri və fakültə tyutorları (akademik məsləhətçi) tərəfindən müxtəlif ixtisas və kurslar üzrə təhsil alan tələbələr üçün növbəti tədris ilində tədris olunacaq seçmə fənlər haqqında geniş məlumat verilmişdir. Görüş zamanı tələbələrə təqdim olunan fənlərin məzmunu, məqsədi, əhatə etdiyi mövzular və qiymətləndirmə meyarları barədə ətraflı izahat verilmiş, həmçinin onların maraq və meyillərinə uyğun düzgün seçim etmələri üçün tövsiyələr səsləndirilmişdir. Sonda tələbələri maraqlandıran suallar cavablandırılmış və seçmə fənlərin seçimi ilə bağlı ümumi istiqamətlər müəyyən edilmişdir.