“İslamda fəlsəfi və hüquqi məzhəblər” mövzusunda açıq mühazirə dərsi

07 aprel 2026-cı il tarixində Tarix və Coğrafiya fakültəsinin Tarix və Coğrafiya müəllimliyi ixtisasının III kursunda Ümumi tarix kafedrasının baş müəllimi Məhərrəmov Bəxtiyarın “İslam tarixi” fənnindən “İslamda fəlsəfi və hüquqi məzhəblər” mövzusunda açıq mühazirə dərsi keçirilmişdir.

Mühazirə zamanı müəllim tərəfindən İslam dünyasında formalaşmış əsas fəlsəfi cərəyanlar və hüquqi məzhəblər, onların yaranma səbəbləri, inkişaf mərhələləri və bir-birindən fərqli xüsusiyyətləri geniş şəkildə izah edilmişdir. Dərs interaktiv formada təşkil olunmuş, tələbələrin mövzu ilə bağlı fikirləri dinlənilmiş, müzakirələr aparılmış və onların sualları müəllim tərəfindən ətraflı şəkildə cavablandırılmışdır. Açıq mühazirə dərsi tələbələrin böyük marağına səbəb olmuş və onların mövzu üzrə biliklərinin daha da dərinləşməsinə şərait yaratmışdır.

Açıq dərsdə fakültə dekanı dosent Urfan Həsənov, Ümumi tarix kafedrasının müdiri dosent Etibar Musayev, Azərbaycan tarixi kafedrasının müdiri dosent Gülarə Əliyeva iştirak etmişdir.