“Aqrar sənaye kompleksi. Kənd təsərrüfatı coğrafiyası. Bitkiçiliyin coğrafiyası. Meyvə və tərəvəzçilik. Heyvandarlığın coğrafiyası” mövzusunda açıq mühazirə dərsi keçirilmişdir.

27 Oktyabr 2026-cı il tarixində Arifə Əhmədlinin Tarix və Coğrafiya müəllimliyi ixtisasının III kursunda Azərbaycanın iqtisadi coğrafiyası fənnindən “Aqrar sənaye kompleksi. Kənd təsərrüfatı coğrafiyası. Bitkiçiliyin coğrafiyası. Meyvə və tərəvəzçilik. Heyvandarlığın coğrafiyası” mövzusunda açıq mühazirə dərsi keçirilmişdir.

Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, proyektordan səmərəli istifadə olundu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələblər ödənildi.

Açıq dərsdə Tarix və Coğrafiya fakültəsinin dekanı dosent Urfan Həsənov, Coğrafiya kafedrasının müdiri dosent Yeganə Əliyeva iştirak etmişdir.