ZƏFƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ BİLİK YARIŞI KEÇİRİLMİŞDİ

5 noyabr 2026-cı il tarixində THİK – “Tarixin İzləri” Klubunun təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş intellektual bilik yarışı keçirildi.

Yarışın başlanğıcında THİK-in (Tarixin İzləri Klubunun) sədri Rəsulov Mirpaşa iştirakçılara Kahoot platformasında keçiriləcək yarışın ümumi qaydaları və mərhələləri haqqında ətraflı məlumat verdi, hər bir komandaya uğurlar arzulayaraq yarışa start verdi.

Yarışda 5 komanda iştirak edərək öz biliklərini, məntiqi təfəkkürlərini və komanda ruhlarını nümayiş etdirdilər. Kahoot platforması üzərindən canlı şəkildə təşkil olunan yarış ümumilikdə 35 sualdan ibarət idi. Hər bir sualın cavablandırılması üçün iştirakçılara 20 saniyə vaxt ayrılmışdı.

Suallar tarix, coğrafiya, ümumi dünyagörüşü, Vətən müharibəsi və Zəfər Gününə dair müxtəlif mövzuları əhatə edirdi. İştirakçılar komanda daxilində fikir mübadiləsi apararaq hər suala düzgün və operativ cavab verməyə çalışdılar.

🥇 I yer – LAÇIN komandası
19 doğru cavab
Kapitan: Sənan Muradzadə (TCM2)

🥈 II yer – ZƏFƏR komandası
17 doğru cavab
Kapitan: Eltun Yunusov (TM1)

🥉 III yer – QALİB RUHLAR komandası
14 doğru cavab
Kapitan: Sayad Salmanova (CM1)

Yarışın sonunda qalib komandalar əldə etdikləri nəticələrə uyğun olaraq sertifikatlarla mükafatlandırıldılar.

Bu intellektual yarışın əsas məqsədi gənclər arasında tarixi yaddaşın qorunması, milli-mənəvi dəyərlərin təbliği, bilik və dünyagörüşünün artırılması, eləcə də komanda ruhunun gücləndirilməsi idi.