21 dekabr 2017-ci il tarixdə Tarix-coğrafiya fakültəsinin Tarix coğrafiya müəllimliyi ixtisasının III kursunda Ümumi tarix kafedrasının baş müəllimi Əsgərova Xəyalə İsrail qızının Qafqaz xalqlarının tarixi fənnindən “Qafqaz II Dünya müharibəsi illərində” mövzusunda açıq dərsi olmuşdur.
Müəllimə dərsi interaktiv təlimlə keçdi. Tələbələri qrupa bölməklə hər bir qrupa tapşırıqlar verdi. Seminar məşğələsində müasir texniki vasitələrdən istifadə etməklə mövzuya uyğun slayddan istifadə etməklə maraqlı faktlar əyani şəkildə tələbələrin diqqətinə çatdırlımışdır. Ümumiləşdirilmiş nəticədə Qafqazın azad olunmasında Şimal cəbhəsi və Cənubi Qafqaz cəbhəsinin nə qədər böyük rol oynadığını bir daha təsdiq edildi.
Açıq dərsdə Tarix-coğrafiya fakültəsinin dekanı dos.Urfan Həsənov, tədris işləri üzrə dekan müavini, baş müəllim Niyaməddin Hacıyev, Ümumi tarix kafedrasının müdiri dos. Vüsalə Veysəlova, Azərbaycan tarixi kafedrasının müdiri dos.Emma Aslanova, Coğrafiya kafedrasının müdiri dos. Yeganə Əliyeva və kafedranın digər əməkdaşları iştirak etmişlər.