Təcrübəçi tələbənin Ümumi tarixdən sınaq dərsi keçirildi

05. 04. 2023-cü il tarixdəCəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbin Tarix-coğrafiya fakültəsinin Tarix və coğrafiya müəllimliyi ixtisası üzrə V kurs tələbəsi Əliyev Yəhya Fərhad oğlunun 6c sinifində sınaq dərsi keçirilmişdir.

Dərsdə Təcrübə və karyera şöbəsinin müdiri dosent Cabbar Qarayev, Ümumi tarix kafedrasının müdiri dosent Vüsalə Veysəlova, həmin kafedranın dosenti Gültəkin Allahverdiyeva, orta məktəbin  tarix müəllimi İlahə Əliyeva və həmin məktəbdə təcrübədə olan təcrübəçi tələbələr iştirak edirdilər.

Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, proyektordan səmərəli istifadə olundu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələbləri tamamilə ödənildi.

Dərsi yekunlaşdıqdan sonra təcrübəçi tələbənin təqdim etdiyi sınaq dərsi təcrübə rəhbərləri tərəfindən yaxşı qiymətləndirildi. Təcrübəçi tələbəyə köməklik məqsədilə bir sıra metodiki xarakterli məsləhətlər verildi.

Ümumiyyətlə, Gəncə Dövlət Universiteti ilə Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəb arasında uzunmüddətli elmi, pedaqoji və ictimai xarakterli əməkdaşlıq əlaqələri uğurla davam etdirilir.