Tarix-Coğrafiya fakültəsində 31-mart – Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar anım tədbiri keçirilib

 31 mart-Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Tarix-Coğrafiya fakültəsində tədbir keçirilib.

          Vətən uğrunda canlarından keçmiş şəhidlərin və soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlil sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

     Tədbiri giriş sözü ilə Tarix-Coğrafiya fakültəsinin dekanı dosent Urfan Həsənov açaraq tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən və “dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman xalqımızı soyqırımına məruz qoymuş, havadarlarının hərtərəfli köməyi ilə əzəli torpaqlarımızı almağı özlərinin məqsədlərinə çevirmişlər.

1918-ci ilin mart günlərindəki qırğınlar zamanı ermənilər üç gün ərzində Bakıda 12 min soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. Sonrakı günlərdə Şamaxı, Quba və digər yerlərdə on minlərlə azərbaycanlı qəddarlıqla öldürülmüş, yaşayış məntəqələri, məscidlər, mədəniyyət abidələri yerlə-yeksan edilmişdir. 1918-1920-ci illərdə Qarabağ , Qərbi Azərbaycan və digər bölgələrdə on minlərlə soydaşımız amansızlıqla öldürülmüşdür. N.Məhəməliyev bildirmişdir ki, ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi bu cinayətlər və həyata keçirdikləri işğalçılıq siyasəti ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladığı  “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda tam əksini tapmış və bunun sayəsində soyqırımına siyasi və hüquqi qiymət vermək imkanı yaranmışdsır.

             Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva çıxış edərək bildirdiki, 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılıb.

Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar.

   Sosial fənlər kafedrasının f.ü.f.d.,b/m. Üzeyir Balakişiyev “Ulu Öndər tərəfindən mart soyqırımına hüquqi qiymətin verilməsi”, Azərbaycan tarixi kafedrasının t.ü.f.d. İlham Məmmədov “XX əsrin əvvəllərində erməni vəhşilikləri”, Ümumi tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarlı “Mart soyqırımı ərəfəsində Azərbaycanda ictimai siyasi vəziyyət” mövzusunda məruzə ilə çıxış ediblər.