Tarix-Coğrafiya fakültəsinin tələbəsi Qurbanov Kənan Eldar oğlu “Fəxri Fərman”la təltif olunmuşdu

03 fevral 2025-ci il tarixində Gəncə şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə “2 fevral Gənclər Günü” qeyd olundu. Tədbirdə Gəncə Şəhər İcra Hakmiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusifov, Gəncə Tibb Kolleci PHŞ-nin direktoru, əməkdar həkim Mehman Rzayev, idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin fəal gənclər iştirak edirdilər. Həmin tədbirdə Gəncə şəhərinin və YAP Gəncə şəhər təşkilatının ictimai-siyasi və mədəni həyatında fərqlənən Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinin tələbəsi Qurbanov Eldar Kənan oğlu “Fəxri Fərman”la təltif olunmuşdur.