“Hindistan yeni dövrdə” mövzusunda açıq dərs

03 aprel  2025-ci il tarixdə Tarix-coğrafiya fakültəsinin Tarix müəllimliyi ixtisasının III kursunda  Ümumi tarix kafedrasının müəllimi Nərgiz İbrahimovanın  Asiya və Afrika ölkələri tarixi fənnindən “Hindistan yeni dövrdə” mövzusunda açıq dərsi olmuşdur.

Dərsdə  müasir texniki vasitələrdən istifadə etməklə mövzuya uyğun slayddan istifadə etməklə maraqlı faktlar əyani şəkildə göstərilirdi. Dərsdə Hindistan Böyük Moğol imperiyasının tərkibində. Panipat döyüşü, İngilis-Benqal müharibələri. İngiltərənin Benqaliyanı işğal etməsi, Ost-Hind şirkəti. İngiltərənin müstəmələkəçilik siyasəti, İngilis-Maysur müharibələri, İngilis-Maratxa müharibələri, 1857-1859-cu il Xalq Azadlıq hərəkatı məsələləri müzakrə olundu. Dərs prosesində həm tələbələrin izahlarına əlavələr edir, həm də ona verilən sualları cavablandırırdı ki, bu da mövzunun hərtərəfli mənimsənilməsini təmin etdi. Tələbələrin fəallığı yüksək səviyyədə idi.

         Açıq dərsdə Tarix-Coğrafiya fakültəsinin dekan müavini b/m. Şəhriyar Quliyev, Ümumi tarix kafedrasının müdiri dos. Etibar Musayev, dos. Xatirə İlyasova, dos. Nərgiz Rəsulova, t.ü.f.d. Gültəkin Allahverdiyeva, baş müəllim Bəhman Kazımov və müəllim Aynurə Ələsova iştirak etmişlər. Açıq dərs sonda müzakirə edildi.