


07 aprel 2025-ci il tarixdə Tarix-coğrafiya fakültəsinin Tarix müəllimliyi ixtisasının I kursunda Azərbaycan tarixi kafedrasının baş müəllimi Mehdiyev Eldar Musa oğlunun “Azərbaycan tarixi” fənnindən “XIII-XIV yüzilliklərdə Azərbaycanda ictimai-iqtisadi quruluş, dövlət quruluşu və idarə sistem” mövzusunda açıq dərsi olmuşdur.
Açıq dərsdə Monqol istilalarının Azərbaycan iqtisadiyyatına təsiri, XIII-XIV yüzillikdə Azərbaycan kənd təsərrüfatı və aqrar münasibətlər, Qazan xanın islahatları, XIII-XIV yüzilliklərdə Azərbaycanda dövlətin ali hakimiyyət orqanı və digər məsələlər mühazirədə tələbələrə geniş izah edildi. Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, proyektordan səmərəli istifadə olundu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələblər ödənildi.
Açıq dərsdə Tarix-Coğrafiya fakültəsinin dekan müavinləri b/m. Niyaməddin Hacıyev, b/m. Şəhriyar Quliyev, Azərbaycan tarixi kafedrasının müdiri dos.Gülara Əliyeva iştirak etmişlər.