



01 oktyabr 2025-ci il tarixində Tarix və coğrafiya fakültəsinin Tarix müəllimliyi ixtisasının I kursunda Türk xalqları və dövlətləri tarixi fənindən Ümumi tarix kafedrasının t.ü.f.d., baş müəllim Xatirə İlyasovanın “Qərbi Hun dövləti” mövzusunda açıq dərsi keçilrilmişdir.
Dərsdə Xatirə müəllimə Qərbi hun dövlətinin yaranma tarixi, siyasi quruluşu, iqtisadi həyatı və region dövlətləri ilə münasibətləri barədə geniş məlumat vermişdir. O, həmçinin qədim türk dövlətçilik ənənələrinin təşəkkülündə Qərbi Hun dövlətinin mühüm rolunu xüsusi vurğulamışdır.
Dərs yüksək elmi-pedaqoji səviyyədə təşkil olunmuş, tələbələr mövzu üzrə yeni biliklər əldə etmiş və dərs prosesinə maraqla qoşulmuşlar.