


Tarix və coğrafiya fakültəsinin dəstəyi və fakültənin mətbuat oqranı olan “Zəfər Yolu” qəzetinin təşkilatçılığı ilə yeni yaradılan “Zamanın xəritəsi” adlı tələbə klubu fəaliyyətə başlayıb. Klub üzvləri ilk tədbir olaraq Gəncə Memorial Kompleksinə ekskursiya ediblər.
Ekskursiyanın rəhbəri, Ümumi tarix kafedrasının baş müəllimi Yəhya Süleymanov və tələbə Rüfət Mehtiyev olmuşdur. Tələbələrə kompleksin tarixi əhəmiyyəti, burada əks olunan abidələr və xatirələrin qorunması barədə ətraflı məlumat verilmişdir.
Qeyd edək ki, Memorial Kompleksin yerləşdiyi ərazi ilə də yaddaşlarda dərin iz qoyub. 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə atdığı raketlər nəticəsində məhz bu ərazidə dinc sakinlər həlak olmuşdur. Tələbələr həmin hadisələri böyük hüznlə xatırlayaraq şəhidlərin xatirəsini ehtiramla yad ediblər.