



17 mart 2026-cı il tarixində Tarix və coğrafiya fakültəsinin Tarix və coğrafiya müəllimliyi ixtisasının III kursunda Ümumi tarix kafedrasının müəllimi Ələsova Aynurənin Müasir dünya tarixi fənnindən “ABŞ və İtaliya 1918-1939-cu illərdə” mövzusunda açıq seminar dərsi keçirilmişdir. Dərsin əsas məqsədi tələbələrin mövzu üzrə nəzəri biliklərini möhkəmləndirmək, onların müstəqil düşünmə və elmi müzakirə bacarıqlarını inkişaf etdirmək olmuşdur. Seminar zamanı müəllim mövzu ilə bağlı əsas məsələləri qısa şəkildə izah etmiş, daha sonra tələbələr mövzu üzrə hazırladıqları çıxış və təqdimatlarla iştirak etmişlər. Dərs müzakirə və sual-cavab formasında təşkil olunmuş, tələbələrin fəallığı təmin edilmişdir. Müəllim seminar prosesində interaktiv metodlardan istifadə edərək tələbələri mövzu ətrafında fikir mübadiləsinə cəlb etmişdir. Tələbələr verilmiş tapşırıqlar üzrə çıxış etmiş, mövzu ilə bağlı müxtəlif elmi mənbələrə əsaslanaraq öz fikirlərinin bildirmişlər. Seminar dərsində tələbələrin mövzuya marağı və fəallığı müşahidə olunmuşdur.
Açıq dərsdə Humanitar məsələlər üzrə dekan müavini dos.əvəzi Azər Cəlilov, Ümumi tarix kafedrasının müdiri, dosent Etibar Musayev, Azərbaycan tarixi kafedrasının müdiri, dosent Gülarə Əliyeva, müəllim Elmira Əliyeva iştirak etmişlər.