



16.03. 2026-cı il tarixində Gəncə şəhər Nizami Aydın adına 18 nömrəli tam orta məktəbdə Tarix və coğrafiya müəllimliyi V kurs tələbəsi Qamət İsmayılov Coğrafiya fənnindən “Məkanda iqlim” mövzusunda nümunəvi dərsi keçirilmişdir. Təcrübəçi müəllim Qamət İsmayılov dərs planlı və məqsədyönlü şəkildə qurulmuş, əvvəlcədən müəyyən olunmuş təlim nəticələrinə uyğun aparılmışdır. Məüllim dərsin əvvəlində motivasiya mərhələsini düzgün təşkil edərək şagirdlərin diqqətini mövzuya yönəldə bilmişdir. Verilən suallar şagirdlərdə maraq oyatmış və onların fəal iştiraını təmin etmişdir. Dərs prosesində interaktiv təlim üsullarından – xüsusilə qrup işi , beyin həmləsi və müzakirədən səmərəli istifadə olunmuşdur. Şagirdlər qruplara bölünərək iqlimə təsir edən amilləri araşdırmış, bu da onların tədqiqat bacarıqlarının inkişafına müsbət təsir göstərmişdir. Qrupların təqdimatları zamanı şagirdlər öz fikirlərini sərbəst ifadə etmiş, müəllim isə istiqamətləndirici rol oynamışdır.
Müəllim xəritə və digər əyani vasitələrdən düzgün istifadə etmiş, mövzunun daha aydın mənimsənilməsinə şərait yaratmışdır. İqlimin məkan üzrə paylanması vizual şəkildə izah edildiyinə görə şagirdlər mövzunu daha yaxşı qavramışdır.
Dərsin soununda ümumiləşdirmə mərhələsi uğurla aparılmış, əsas anlayışlar bir daha vurğulanmışdır. Qiymətləndirmə mərhələsində isə şagirdlərə verilən suallar onların mövzunu nə dərəcədə mənimsədiyini üzə çıxarmışdır.
Təcrübə rəhbərləri Coğrafiya kafedrasının baş müəllimlər Lətafət Cəfərova, Roza Əlizadə dərsin sonunda Qamət İsmayılovun keçdiyi açıq dərs müasir təlim tələblərinə cavab vermiş, şagirdlərin bilik və bacarıqlarının inkişafına müsbət təsir göstərmişdir. Dərs nümunəvi hesab edilmişdir.