“Krit-Mikena mədəniyyəti” mövzusunda açıq keçirilmişdir

18 mart 2026-cı il tarixində Ümumi tarix kafedrasının müəllimi Elmira Əliyeva tərəfindən Tarix ixtisasının I kurs tələbələri üşün Antik tarix fənnindən “Krit-Mikena mədəniyyəti” mövzusunda açıq dərs keçirilmişdir. Dərsin məqsədi tələbələrə Egey dünyasının ilkin sivilzasiyaları, xüsusilə Krit (Mino) və Mikena mədəniyyətlərinin yaranması, inkişaf mərhələləri və tarixi əhəmiyyəti haqqında geniş və sistemli bilik vermək olmuşdur.

Dərs giriş hissəsi ilə başlanmış, müəllim əvvəlki mövzu ilə yeni mövzu arasında əlaqə yaradaraq tələbələrin diqqətini mövzuya yönəltmişdir. Daha sonra dərsin planı və məqsədləri tələbələrə izah olunmuşdur.

Seminar zamanı tələbələrin fəallığını artırmaq məqsədilə sual-cavab üsulundan, müzakirə və interaktiv metodlardan geniş istifadə edilmişdir. Tələbələr “Krit mədəniyyətinin xüsusiyyətləri”, “Mikena sivilizasiyasının inkişafı”, “Bu iki mədəniyyət arasında oxşar və fəqrli cəhətlər” kimi alt mövzular üzrə çıxışlar etmişlər. Müəllim onların çıxışlarını istiqamətləndirmiş, əlavə izahatlar verərək mövzunun daha dərindən mənimsənilməsinə şərait yaratmışdır.

Dərs zamanı xəritə, slayd və vizual materiallardan istifadə olunması mövzunun daha aydın qavarnılmasına kömək etmişdir. Müzakirə hissəsində tələbələrə tənqidi düşünmə qabiliyyətini inkişaf etdirən suallar verilmiş, onların müstəqil fikir yürütməsi təşviq olunmuşdur. Dərsin sonunda müəllim mövzunu ümumiləşdirmiş, əsas məqamları bir daha vurğulamış və tələbələrin suallarını cavablandırmışdır.

Açıq dərsdə Tarix və coğrafiya fakültəsinin dekanı dos. Urfan Həsənov, Ümumi tarix kafedrasının müdiri, dos. Etibar Musayev, Azərbaycan tarixi kafedrasının müdiri, dos. Gülarə Əliyeva iştirak etmişlər.