“Cənubi Amerikanın ümumi regional icmalı, geoloji və tektonik quruluşu, relyefi, əsas xüsusiyyətləri və faydalı qazıntıları” mövzusunda açıq mühazirə dərsi

08 aprel 2026-cı il tarixində Tarix və Coğrafiya fakültəsinin Tarix və Coğrafiya müəllimliyi ixtisasının IV kursunda Coğrafiya kafedrasının dosenti Hacıyeva Nəsibənin “Regional fiziki coğrafiya” fənnindən “Cənubi Amerikanın ümumi regional icmalı, geoloji və tektonik quruluşu, relyefi, əsas xüsusiyyətləri və faydalı qazıntıları” mövzusunda açıq mühazirə dərsi keçirilmişdir.
Dərsdə mövzu ətraflı şəkildə izah olunmuş, Cənubi Amerikanın geoloji və tektonik quruluşu, relyef xüsusiyyətləri, təbii ehtiyatları və onların yerləşmə qanunauyğunluqları tələbələrə sistemli şəkildə çatdırılmışdır. Müasir tədris metodlarından istifadə olunaraq interaktiv müzakirələr aparılmış, tələbələrin fəallığı təmin edilmişdir. Eyni zamanda xəritələr və vizual materiallar vasitəsilə mövzu daha aydın şəkildə izah edilmiş, tələbələrin mövzunu mənimsəmə səviyyəsi yüksəldilmişdir.

Açıq dərsdə fakültə dekanı dosent Urfan Həsənov, Ümumi tarix kafedrasının müdiri dosent Etibar Musayev iştirak etmişdir