





07.04.2026-cı il tarixində Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli tam orta məktəbdə Tarix və Coğrafiya fakültəsinin Tarix müəllimliyi ixtisasının IV kurs tələbəsi Tanırverdiyeva Aysel Hamlet qızının sınaq dərsi keçirilmişdir.
Açıq dərs yüksək səviyyədə təşkil olunmuş, müasir tədris metodlarından səmərəli istifadə edilmişdir. Dərs zamanı tələbə mövzunu aydın və ardıcıl şəkildə izah etmiş, şagirdlərlə interaktiv ünsiyyət quraraq onların fəallığını təmin etmişdir.
Dərsdə, Azərbaycan tarixi kafedrasının müdiri dosent Gülarə Əliyeva və Azərbaycan tarixi kafedrasının baş müəllimi İlham Məmmədov iştirak etmişdir.
Sonda açıq dərs müzakirə olunmuş, iştirakçılar tərəfindən dərsin müsbət tərəfləri qeyd edilmiş, gələcək pedaqoji fəaliyyət üçün faydalı tövsiyələr verilmişdir.