





07.04.2026-cı il tarixində Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli tam orta məktəbdə, Tarix və Coğrafiya fakültəsinin Tarix müəllimliyi ixtisasının IV kurs tələbəsi İsmayılova Pərvanənin sınaq dərsi keçirilmişdir. Təcrübəçi müəllim Pərvanə İsmayılova dərs planlı və məqsədyönlü şəkildə qurulmuş, əvvəlcədən müəyyən olunmuş təlim nəticələrinə uyğun aparılmışdır. Müəllim dərsin əvvəlində motivasiya mərhələsini düzgün təşkil edərək şagirdlərin diqqətini mövzuya yönəldə bilmişdir. Verilən suallar şagirdlərdə maraq oyatmış və onların fəal iştiraını təmin etmişdir. Dərs prosesində interaktiv təlim üsullarından – xüsusilə qrup işi , beyin həmləsi və müzakirədən səmərəli istifadə olunmuşdur. Şagirdlər qruplara bölünərək iqlimə təsir edən amilləri araşdırmış, bu da onların tədqiqat bacarıqlarının inkişafına müsbət təsir göstərmişdir. Qrupların təqdimatları zamanı şagirdlər öz fikirlərini sərbəst ifadə etmiş, müəllim isə istiqamətləndirici rol oynamışdır.
Dərsdə, Azərbaycan tarixi kafedrasının baş müəllimi İlham Məmmədov, Gəncə Dövlət Universitetinin Təcrübə və Karyera şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Cabbar Qarayev iştirak etmişdir.
Sonda açıq dərs müzakirə olunmuş, iştirakçılar tərəfindən dərsin müsbət tərəfləri qeyd edilmiş, gələcək pedaqoji fəaliyyət üçün faydalı tövsiyələr verilmişdir.