“Nüvə silahının xarakteristikası. Nüvə zədələnmə ocağında ilk tibbi yardımın təşkili” mövzusunda açıq seminar dərsi keçirilmişdir.

10.04.2026-cı il tarixində Tarix və Coğrafiya fakültəsinin Tarix və Coğrafiya müəllimliyi ixtisasının I kursunda Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının baş müəllimi Ağayeva Elmiranın Mülki müdafiə və ilkin tibbi yardım fənnindən “Nüvə silahının xarakteristikası. Nüvə zədələnmə ocağında ilk tibbi yardımın təşkili” mövzusunda açıq seminar dərsi keçirilmişdir.

Müəllim dərs prosesində həm tələbələrin izahlarına əlavələr edir, həm də ona verilən sualları cavablandırırdı ki, bu da mövzunun hərtərəfli mənimsənilməsini təmin etdi. Tələbələrin fəallığı yüksək səviyyədə idi.

Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, proyektordan səmərəli istifadə olundu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələblər ödənildi.

Açıq dərsdə Tarix və Coğrafiya fakültəsinin humanitar məsələlər üzrə dekan müavini Azər Cəlilov, Fiziki tərbiyə, çağrışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının müdiri Şahmar Məmmədov , baş müəllimlər Mahnur Məmmədova və Fikrət Hüseynov iştirak etmişdir.