“Alkoqol və narkotik aludəçiliyinin qiymətləndirilməsi” mövzusunda açıq mühazirə dərsi keçirilmişdir

10.04.2026-cı il tarixində Tarix və Coğrafiya fakültəsinin Sosial iş ixtisasının I kursunda Sosial fənnlər kafedrasının müəllimi Əhmədova Yeganənin Sosial işin nəzəriyyəsi və təcrübəsi – 2 fənnindən “Alkoqol və narkotik aludəçiliyinin qiymətləndirilməsi” mövzusunda açıq mühazirə dərsi keçirilmişdir.

Mühazirə zamanı alkoqol və narkotik asılılığının yaranma səbəbləri, onun sosial, psixoloji və tibbi nəticələri, həmçinin bu problemin sosial iş sahəsində qiymətləndirilməsi üsulları haqqında ətraflı məlumat verilmişdir. Müəllim mövzunun izahı zamanı təqdimat materiallarından, interaktiv müzakirələrdən və real nümunələrdən istifadə etmişdir.

Dərsdə tələbələrin mövzu üzrə biliklərinin artırılması, aludəçilik problemlərinin erkən aşkar olunması və sosial iş mütəxəssislərinin bu sahədə istifadə etdikləri qiymətləndirmə metodlarının öyrədilməsi əsas məqsəd kimi qeyd olunmuşdur. Açıq mühazirə dərsi tələbələrin fəal iştirakı ilə keçmiş, mövzu ətrafında fikir mübadiləsi aparılmış və onların sualları müəllim tərəfindən ətraflı cavablandırılmışdır.

Açıq dərsdə Tarix və Coğrafiya fakültəsinin dekanı dosent Urfan Həsənov, Humanitar məsələlər üzrə dekan müavini Azər Cəlilov, Sosial fənnlər kafedrasının müdiri, dosent Cavid Bağırzadə, Ümumi tarix kafedrasının müdiri, dosent Etibar Musayev, Azərbaycan tarixi kafedrasının müdiri, dosent Gülarə Əliyeva iştirak etmişdir.