





14 aprel 2026-cı il tarixində Tarix və coğrafiya fakültəsinin Coğrafiya müəllimliyi 3 kursunda Coğrafiya kafedrasının baş müəllimi Sadıqov Təvəkgül Tofiq oğlunun Coğrafiyanın tədrisi metodikası fənnindən “Müasir coğrafiya dərsi” mövzusunda açıq mühazirə dərsi keçirilmişdir. Dərsdə müasir tədris metodları, innovativ yanaşmalar və interaktiv üsulların coğrafiya fənninin tədrisində tətbiqi məsələləri geniş şəkildə izah olunmuşdur.
Mühazirə zamanı müəllim müasir coğrafiya dərsinin məqsədi, quruluşu və mərhələləri haqqında ətraflı məlumat vermiş, şagirdyönümlü təlim, fəal təlim metodları, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və vizual materiallardan istifadə kimi məsələlər xüsusi diqqət yetirmişdir. Həmçinin coğrafiya dərslərində xəritə, atlas, elektron resurslar və təqdimatlardan istifadə imkanları izah edilmişdir.
Dərs prosesində tələbələrin mövzu üzrə fəallığının artırılması məqsədilə müzakirələr aparılmış, sual-cavab formasında fikir mübadiləsi təşkil olunmuşdur.
Açıq dərsdə Tarix və coğrfiya fakültəsinin dekanı, dosent Urfan Həsənov, Azərbaycan tarixi kafedrasının müdiri dosent Gülarə Əliyeva, Coğrafiya kafedrasının baş müəllimi Xudu Məmmədov iştirak etmişdir