“Azərbaycan XIX yüzillikdə” mövzusunda açıq mühazirə dərsi keçirilmişdir

14 aprel 2026-cı il tarixində Tarix və Coğrafiya fakültəsinin Sosial iş ixtisasının I kursunda Azərbaycan tarixi kafedrasının baş müəllimi Mehdiyev Eldar Musa oğlunun “Azərbaycan tarixi” fənnindən “Azərbaycan XIX yüzillikdə” mövzusunda açıq mühazirə dərsi keçirilmişdir. Dərsdə XIX əsrdə Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən mühüm dəyişikliklər geniş şəkildə təhlil olunmuşdur. Mühazirə zamanı müəllim XIX əsrdə Azərbaycan Rusiya imperiyasının tərkibinə daxil edilməsi, ölkənin inzibati-idarəetmə sistemində aparılan dəyişikliklər, iqtisadi münasibətlərin inkişafı və yeni təsərrüfat formalarının yaranması barədə ətraflı məlumat vermişdir. Həmçinin dövrün sosial quruluşu, şəhərlərin inkişafı, ticarət və sənətkarlığın genişlənməsi kimi məsələlər də diqqətə çatdırlmışdır.

Dərsdə Azərbaycanın mədəni həyatında baş verən yeniliklər, maarifçilik ideyalarının yayılması, yeni məktəblərin açılması və milli ziyalıların fəaliyyətinin əhəmiyyəti də xüsusi vurğulanmışdır. Mövzu çərçivəsində tarixi faktlar, xəritələr və müxtəlif mənbələrdən istifadə edilərək tələbələrə dövrün ümumi mənzərəsini izah edilmişdir.

Açıq dərsdə Azərbaycan tarixi kafedrasının müdiri dosent Gülarə Əliyeva, Azərbaycan tarixi kafedrasının dosenti İlham Məmmədov və Azərbaycan tarixi kafedrasının baş müəllimi Vüqar Abbasov iştirak etmişdir.