




14 aprel 2026-cı il tarixində Tarix və Coğrafiya fakültəsinin Tarix müəllimliyi ixtisasının II kursunda Sosial fənnlər kafedrasının baş müəllimi İsayeva Aytən Cabbar qızının “Multikulturalizmə giriş” fənnindən “Müasir dövrdə din” mövzusunda açıq mühazirə dərsi keçirilmişdir. Dərsdə müasir cəmiyyətlərdə dinin rolu, dinlərarası münasibətlər və multikultural dəyərlərin formalaşmasında dinin əhəmiyyəti haqqında geniş məlumat verilmişdir. Mühazirə zamanı müəllim qloballaşma şəraitində dinin cəmiyyət həyatının təsiri, müxtəlif dini konfessiyaların birgəyaşayış modeli və tolerantlıq orinsipləri barədə ətraflı izah aparmışdır. Həmçinin müxtəlif mədəniyyət və dinlərin qarşılıqlı əlaqəsi, dini müxtəlifliyin qorunması və multikultural mühitdə qarşlılıqlı hörmətin əhəmiyyəti vuğulanmışdır.
Dərs zamanı tələbələrlə mövzu ətrafında fikir mübadiləsi aparılmış, din və cəmiyyət münasibətlərinə dair aktual məsələlər müzakirə edilmişdir. Müasir dövrdə dini tolerantlığın,qarşılıqlı anlaşmanın və multikultural dəyətlərin qorumasının vacibliyi xüsusi qeyd olunmuşdur.
Açıq dərsdə humanitar məsələlər üzrə dekan müavini Azər Cəlilov, Sosial fənnlər kafedrasının müdiri dosent Cavid Bağırzadə, Azərbaycan tarixi kafedrasının müdiri dosent Gülarə Əliyeva, Ümumi tarix kafedrasının müdiri dosent Etibar Musayev və Sosial fənlər kafedrasının baş müəllimi Pərvanə Məmmədova iştirak etmişdir.