“Toponomik fon, spektr, qat və paralellər” mövzusunda açıq mühazirə dərsi

27 aprel 2026-cı il tarixində Tarix və Coğrafiya fakültəsinin Tarix və Coğrafiya müəllimliyi ixtisasının II kursunda Azərbaycan tarixi kafedrasının dosent əvəzi Hüseynova Rimunənin “Azərbaycan toponomikası” fənnindən “Toponomik fon, spektr, qat və paralellər” mövzusunda açıq mühazirə dərsi keçirilmişdir. Dərsdə toponomikanın nəzəri əsasları, toponominlərin yaranma xüsusiyyətləri, onların tarixi-coğrafi inkişaf mərhələləri və müxtəlif toponomik qatların formalaşması məsələləri geniş şəkildə izah olunmuşdur.

Açıq dərsdə, Azərbaycan tarixi kafedrasının müdiri dosent Gülarə Əliyeva, Ümumi tarix kafedrasının müdiri dosent Etibar Musayev, Sosial fənlər kafedrasının müdiri dosent Cavid Bağırzadə, Azərbaycan tarixi kafedrasının baş müəllimləri Vüqar Abbasov və Tünzalə Cahangirova iştirak etmişdir.