“XIX əsrin II yarısında Şimali Azərbaycanda sosial-siyasi vəziyyət, fəhlə hərəkatının başlaması” mövzusunda açıq seminar dərs

27 aprel 2026-cı il tarixində Tarix və Coğrafiya fakültəsinin Tarix ixtisasının II kursunda Azərbaycan tarixi kafedrasının baş müəllimi Cahangirova Tünzalənin “Azərbaycan tarixi-3” fənnindən “XIX əsrin II yarısında Şimali Azərbaycanda sosial-siyasi vəziyyət, fəhlə hərəkatının başlaması” mövzusunda açıq seminar dərsi keçirilmişdir. Seminar dərsində XIX əsrin ikinci yarısında Şimali Azərbaycanın sosial-iqtisadi inkişaf xüsusiyyətləri, sənayenin formalaşması, xüsusilə neft sənayesinin inkişafı, şəhərsalma prosesinin sürətlənməsi və bunun cəmiyyətin sosial strukturuna təsir geniş şəkildə izah olunmuşdur. Eyni zamanda fəhlə sinfinin formalaşması, əmək şəraiti və həmin dövrdə fəhlə hərəkatının yaranmasının əsas səbəbləri haqqında ətraflı məlumat verilmişdir.

Dərs seminar formasında təşkil olunmuş, tələbələr mövzu üzrə hazırladıqları təqdimatlar və çıxışlarla iştirak etmiş, müzakirələr aparılmış və mövzu ilə bağlı suallar cavablandırılmışdır. Müəllim mövzunu tarixi faktlar və mənbələr əsasında izah edərək tələbələrin mövzunu daha dərindən mənimsəməsinə şərait yaratmışdır.

Açıq dərsdə, Azərbaycan tarixi kafedrasının müdiri dosent Gülarə Əliyeva, Ümumi tarix kafedrasının müdiri dosent Etibar Musayev, Sosial fənlər kafedrasının müdiri dosent Cavid Bağırzadə, Azərbaycan tarixi kafedrasının dosent əvəzi Rimunə Hüseynova və Azərbaycan tarixi kafedrasının baş müəllimi Vüqar Abbasov iştirak etmişdir.