“Teymurilər və Şeybanilər dövlətinin tarixşünaslığı” mövzusunda açıq seminar dərsi

28 aprel 2026-cı il tarixində Tarix və Coğrafiya fakültəsinin Tarix ixtisasının III kursunda Ümumi tarix kafedrasının müəllimi Novruzova Ayselin “Türk xalqları tarixinin tarixşünaslığı” fənnindən “Teymurilər və Şeybanilər dövlətinin tarixşünaslığı” mövzusunda açıq seminar dərsi keçirilmişdir. Seminar dərsində Teymurilər və Şeybanilər dövlətlərinin tarixinin öyrənilməsi, bu dövlətlərin siyasi, iqtisadi və mədəni inkişafının tarixşünaslıq baxımından tədqiqi məsələləri geniş şəkildə izah olunmuşdur. Müəllim müxtəlif dövrlərdə yazılmış tarixi mənbələr, salnamələr və müasir tədqiqat əsəsrləri əsasında mövzunun əsas istiqamətlərini təqdim etmişdir.

Dərs zamanı Teymurilər və Şeybanilər dövlətlərinin tarixinin araşdırılmasında istifadə olunan mənbələr, tarixçilərin yanaşmaları və bu mövzunun türk xalqları tarixinin öyrənilməsində əhəmiyyətli müzakirə olunmuşdur. Seminar interaktiv formada təşkil edilmiş, tələbələr mövzu üzrə çıxışlar etmiş və müzakirələr aparılmışdır.

Açıq dərsdə, Ümumi tarix kafedrasının müdiri dosent Etibar Musayev, Azərbaycan tarixi kafedrasının müdiri dosent Gülarə Əliyeva, Sosial fənlər kafedrasının müdiri dosent Cavid Bağırzadə iştirak etmişdir.