“Müharibə dövrünə aid fövqəladə hallarla sülh dövrünə aid fövqalədə halları müqayisə edir, bu fövqəladə hallarda xəsarət almışlarla ilk tibbi yardımın göstərməsini tətbiq edir”mövzusunda açıq dərs

19 oktyabr 2026-cı il tarixində Tarix və Coğrafiya fakültəsində Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının baş müəllimi Elmira Ağayeva tərəfindən Tarix müəllimliyi, Tarix və Coğrafiya müəllimliyi, Coğrafiya müəllimliyi ixtisaslarının I kurs tələbələri üçün “Mülki müdafiə və ilkin tibbi yardım” fənnindən “Müharibə dövrünə aid fövqəladə hallarla sülh dövrünə aid fövqəladə halları müqayisə edir ki, bu fövqəladə hallarda xəsarətalmışlara ilk tibbi yardımın göstərilməsini tətbiq edir” mövzusunda açıq mühazirə dərsi keçirilib.
Açıq dərsdə Tarix və Coğrafiya fakültəsinin humanitar məsələlər üzrə dekan müavini Azər Cəlilov, Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının müdiri, baş müəllim Şahmar Məmmədov, kafedranın baş müəllimi Mahnur Məmmədova və müəllim Zülfiyyə Ələkbərova iştirak ediblər.