“Living the Dream” mövzusunda açıq dərs keçirilmişdir

29 oktyabr 2026-cı il tarixində Tarix və Coğrafiya fakültəsində Praktik Xarici Dillər kafedrasının müəllimi Həsənova Səma tərəfindən Tarix müəllimliyi ixtisasının II kursunda “XDİAK-2” fənnindən “Living the Dream” mövzusunda açıq dərs keçirilib.

Açıq dərsdə Tarix və Coğrafiya fakültəsinin humanitar məsələlər üzrə dekan müavini Azər Cəlilov, Praktik Xarici Dillər kafedrasının müəllimləri Nəsibə Əliyeva və Elzanə Musayeva iştirak etmişdir.