







Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Bir şəxsiyyət, bir tarix” layihəsinin sonuncu təqdimatı 29 oktyabr 2026-cı il tarixində Gəncə Dövlət Universiteti, Tarix və Coğrafiya fakültəsində həyata keçirilib.
Layihənin məqsədi gənclərin süni intellekt inkişafını dəstəkləmək, onlarda Azərbaycan dövlətçilik tarixinə marağı artırmaq və tarixi şəxsiyyətlərimizin dövlət quruculuğundakı rolunu müasir vizual dillə təqdim etməkdir.
Seçim mərhəsində seçilmiş gənclər üçün xüsusi təlimlər təşkil olunacaq. Bu təlimlər gənclərin süni intellekt imkanlarından səmərəli istifadə etməsinə, yaradıcı düşüncə qabiliyyətlərinin və innovativ layihələr hazırlamaq bacarıqlarının inkişafına mühüm töhfə verəcəkdir.