“Azərbaycanda uşaq hüquqları və uşaqların sosial müdafiəsi” mövzusunda tədbir keçirilib

Tarix və coğrafiya fakültəsində Sosial fənlər kafedrasının müəllimlərinin iştirakı ilə “Azərbaycanda uşaq hüquqları və uşaqların sosial müdafiəsi” mövzusunda tədbir keçirilib.
Tədbiri humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyeva açıq elan edərək mövzunun aktuallığından və uşaq hüquqlarının qorunmasının əhəmiyyətindən danışıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tarix və Coğrafiya fakültəsinin dekanı, dosent Urfan Həsənov çıxışında uşaq hüquqlarının müdafiəsinin vacibliyini vurğulayıb.

Daha sonra Sosial fənlər kafedrasının müdiri, dosent Cavid Bağırzadə “Ulu öndər Heydər Əliyev və Azərbaycan uşaq hüquqları”, baş müəllim Günel Yusibova “Azərbaycanda uşaqların sosial müdafiəsi siyasəti”, baş müəllim Gülnar Rəhimova isə “Sağlamlıq imkanları məhdud olan uşaqların hüquqlarının müdafiəsi” mövzularında məruzələrlə çıxış ediblər