





03 Noyabr 2026-cı il tarixində Tarix və Coğrafiya fakültəsində Ümumi Tarix kafedrasının tarix üzrə fəlsəfə doktoru, baş müəllimi Allahverdiyeva Gültəkin Afət qızının Tarix və Coğrafiya müəllimliyi ixtisasının III kursunda “Arxeologiya və Etnoqrafiyanın əsasları” fənnindən “Mərkəzi və Cənubi Amerikanın yüksək mədəniyyətli xalqları” mövzusunda açıq mühazirə dərsi keçirilib.
Açıq dərsdə Tarix və Coğrafiya fakültəsinin humanitar məsələlər üzrə dekan müavini Azər Cəlilov, Ümumi Tarix kafedrasının müdiri dosent Etibar Musayev, Azərbaycan tarixi kafedrasının müdiri dosent Gülara Əliyeva, Sosial fənnlər kafedrasının müdiri dosent Cavid Bağırzadə, Ümumi tarix kafedrasının müəllimləri Elmira Əliyeva və Nərgiz İbrahimova iştirak etmişdir.