









04 noyabr 2026-cı il tarixində “Zəfər Yolu” qəzetinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər bayramı – Qələbənin sədası” adlı tədbir keçirilib. Tədbiri humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyeva açıq elan edərək Zəfər Gününün tarixi əhəmiyyətindən və Azərbaycan xalqının qəhrəmanlığından bəhs edib. Daha sonra Tarix və Coğrafiya fakültəsinin dekanı, dosent Urfan Həsənov çıxış edərək tarixi Qələbənin milli birliyimizin və dövlətçilik iradəmizin təntənəsi olduğunu vurğulayıb.
“Zəfər Yolu” qəzetinin baş redaktoru Rüfət Mehtiyev çıxışında tədbirin əhəmiyyətindən danışıb, həmçinin “Birinci Türkoloji Qurultay – 100” yarışının qalibləri təltif olunub.
Tədbirin bədii hissəsində tələbələr tərəfindən vətənpərvərlik ruhunda musiqi nömrələri, şeirlər və tarixi canlandırma kompozisiyaları nümayiş etdirilib.
Zəfər ruhunda keçən tədbir iştirakçıların alqışları və xoş təəssüratları ilə başa çatıb.