Kateqoriya Arxivləri: Xəbərlər

Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə Xəzər televiziyasına müashibə vermişdir

Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə Xəzər televiziyasına Azərbaycan Xalq Cümhuriyyətinin 104-cü ildönümü ilə əlaqədar müsahibə vermişdir. Müsahibədə Qafqaz İslam Ordusunun Azərbaycan gətirilməsi və Azərbaycanın bolşevik-daşnak qüvvələrinə qarşı mübarizəsi haqqında ətraflı məlumat verilmişdir.

Davamı

Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadənin Azad Azərbaycan (ATV) televiziyasına müsahibəsi

Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə 1920-ci ilin may ayında bolşevik işğalına qarşı azadlıq uğrunda baş vermiş Gəncə üsyanı haqqında ATV Azad Azərbaycan televiziyasına müsahibə vermişdir. Gəncə üsyanı Azərbaycan Xalq Cümhuriyyətini işğal edən bolşevik işğalçı ordusuna qarşı baş vermiş ən böyük üsyan olmuşdur. Üsyan zamanı Gəncə 10 mindən çox itki vermişdir. Gəncə üsyanı Azərbaycan xalqının […]

Davamı

Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə işğal dövründə Alban məbədlərində erməni saxtakarlığı haqqında Azərbaycan televiziyasına müsahibəsi

Azərbaycan tarixi kafedrasınındosenti Cavid Bağırzadə Aztv-yə Kəlbəcər rayonu Vəng kəndi ərazisində yerləşən Xudavəng monastır kompleksinin tarixi, onun işğal dövründə ermənilər tərəfindən saxtakarlığa məruz qalması haqqında geniş müsahibə vermişdir.

Davamı

V Beynəlxalq Həmzə Nigari simpoziumu

Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “Miras” Mədəni İrsin öyrənilməsinə kömək İctimai Birliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Türkiyə Cümhuriyyəti Amasiya Universitetinin təşkilatçılığı ilə “V Həmzə Nigari simpoziumu” Beynəlxalq simpoziumu təşkil olunub. Simpozium Şuşa ilinə həsr olunmuşdur. Beynəlxalq simpozium 17-19 may 2022-ci il tarixində Ağdam rayonu Quzanlı qəsəbəsində Ağdam Muğam […]

Davamı

“Doğumunun 130-cu illində Əhməd Cavad” adlı konfrans

12 may 2022-ci il tarixində Türkiyə Cümhuriyyəti Gəncə Baş Konsullğunun təşkilatşılığı ilə İstanbul Universiteti, Mərmərə Universiteti və Gəncə Dövlət Universitetinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycan istiqlal şairi Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunmuş “Doğumunun 130-cu illində Əhməd Cavad” adlı onlayn konfrans keçirilmişdir. Konfransda Azərbaycan tarixi kafedrasının dosenti Bağırzadə Cavid Vəkil oğlu “Azərbaycan istiqlal şairi […]

Davamı

“Milli-mənəvi və mədəni irsimizin təşəkkülündə Şuşa” mövzusunda Respublika Elmi konfransı

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan İlahiyyat İnstitutun təşkilatçılığı ilə 5 may 2022-ci il tarixində “Milli-mənəvi və mədəni irsimizin təşəkkülündə ŞUŞA” mövzusunda Respublika Elmi konfransı keçirilmişdir. Konfransda Azərbaycan tarixi kafedrasının dosenti Bağırzadə Cavid Vəkil oğlu “Difai” partiyasının Qarabağ və Şuşa- Qarabağ Birlik Məclisi” komitələri və onların fəaliyyəti haqqında” mövzusunda məruzə ilə […]

Davamı

Elmi Şura

06 may 2022-ci il tarixində Tarix və Coğrafiya fakültəsində Elmi Şura keçirilmişdir. Elmi Şurada aşağıdakı məsələlər müzakirə edilmişdir. Yaz (Yay) imtahan sessiyasının keçirilməsi ilə əlaqədar rektorun əmrinə əsasən qarşıda duran məsələlər. Buraxılış və magistr – dissertasiya işlərinin müdafiəsinin hazırlığı vəziyyəti. Fakültənin Tarix, Tarix müəllimliyi, Tarix və Coğrafiya müəllimliyi, Coğrafiya müəllimliyi və Sosial iş ixtisaslarında pedaqoji […]

Davamı

Təcrübəçi tələbənin sınaq dərsi

Gəncə şəhəri 43 saylı tam orta məktəbdə Tarix-Coğrafiya fakültəsinin Tarix müəllimliyi ixtisasının 4 kurs tələbəsi Abdullayeva Şəbnəm Həsrət qızı 5 sinifdə Azərbaycan tarixi fənnindən “Şuşa sən azadsan” mövzusunda sınaq dərsi keçirilmişdir. Sınaq dərsdə üsul müəllimi baş müəllim Mehdiyev Eldar, fənn müəllimi Bəylərova Aybəniz və təcrübəçi tələbələr iştirak ediblər. Təcrübəçi dərsi müasir təlim metodlarına uyğun təşkil […]

Davamı

Tarix-Coğrafiya fakültəsində seçmə fənnlərin tələbələr tərəfindən seçilməsi həyata keçirilir

Tarix -Coğrafiya fakültəsinin Tarix, Tarix müəllimliyi, Tarix və Coğrafiya müəllimliyi, Coğrafiya müəllimliyi və Sosial iş ixtisas kurslarında 2022-2023 -cü tədris ilində tədris olunan seçmə fənnlərin müəyyənləşdirilməsi davam edir. Tarix-Coğrafiya fakültəsinin tədris işləri üzrə dekan müavini, baş müəllim Hacıyev Niyaməddin tələbələr seçmə fənnlər ilə bağlı məlumat verdi. Yekunda tələbələr tərəfindən seçmə fənnlərin müəyyənləşdirilməsi onlara bülletin paylanmışdır […]

Davamı