Azərbaycanda Dövlət Suverenliyi Günü
Bu gün Azərbaycanda Dövlət Suverenliyi günüdür. 2023-cü il sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirib. Bu tədbirlərə üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, […]