Aylıq Arxiv: Yanvar 2026

İMTAHAN SESSİYASINI İZLƏMƏK ÜÇÜN MEDİATUR TƏŞKİL OLUNUB

Gəncə Dövlət Universitetində (GDU) 2025/2026-cı tədris ilinin payız semestrinin  imtahan sessiyasına ictimai baxış keçirilib.  Mediaturda Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, millət vəkili Pərvin Kərimzadə, “Gəncənin səsi”, eləcə də “Novosti Qyandja” qəzetlərinin məsul əməkdaşları, digər KİV nümayəndələri, universitetin professor-müəllim heyəti və tələbə valideynləri iştirak ediblər. Mediaturda əvvəlcə imtahan prosesinin təşkili və keçirilməsi qaydaları ilə bağlı ətraflı məlumat verilib. […]

Davamı

20 YANVAR FACİƏSİNDƏN 36 İL ÖTÜR

Qanlı Yanvar hadisələrindən 36 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. […]

Davamı

TARİX VƏ COĞRAFİYA FAKÜLTƏSİNDƏ PAYIZ SEMESTRİNİN İMTAHAN SESSİYASI BAŞLADI

2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyası başladı. İmtahanlar yazılı, test üsulu ilə keçirilir. İmtahan sessiyasının keçirilməsi üçün lazımi şərait yaradılıb. Bütün texniki və təşkilati işlər vaxtında görülüb, imtahan cədvəlləri təsdiq edilib, hər bir fənn üzrə imtahan sualları vaxtında tələbələrə çatdırılıb. İmtahanların gedişinə operativ nəzarət və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə GDU-da “İmtahan […]

Davamı