18.05.2023-cü il tarixində Tarix-coğrafiya fakültəsinin Tarix ixtisasının III kursunda Azərbaycan tarixi kafedrasının baş müəllimi Namazova Elminaz Məhərrəm qızı Azərbaycanda kapitalizmin inkişaf problemləri fənnindən “Azərbaycanda XX əsrin əvvəllərində istehsalın təmərküzləşməsi.İnhisarlar” mövzusunda açıq dərsi olmuşdur.
Müəllimə dərsdə XX əsrin əvvəllərində Azərbaycanda istehsalın təmərküzləşməsi, XX əsrin əvvəllərində Azərbaycanda inhisarlar və XX əsrin əvvəllərində Azərbaycanda sosial dəyişiklikləri tələbələrə ətraflı izah etdi. Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, proyektordan səmərəli istifadə olundu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələblər ödənildi.
Açıq dərsdə Azərbaycan tarixi kafedrasının müdiri dosent Emma Aslanova, t.ü.f.d.Təranə Behbudova, t.ü.f.d. Rimunə Hüseynova, t.ü.f.d. Nurlana Həmzəyeva, baş müəllim Eldar Mehdiyev, baş müəllim Vüqar Abbasov iştirak etmişlər.