Beynəlxalq münasibərlər 1981-1923-cü illər” mövsunda açıq dərs

22 fevral 2024-cü il tarixdə Ümumi tarix kafedrasının müəllimi  Aynurə Ələsovanın   Tarix-Coğrafiya fakültəsinin Tarix və Coğrafiya müəllimliyi  ixtisası 3-ci kurs tələbələrinə Müasir tarix fənnindən “Beynəlxalq münasibərlər 1981-1923-cü illər” mövsunda açıq dərs keçdi.

Açıq dərsdə Tarix-Coğrafiya fakültəsinin dekanı dos. Urfan Həsənov, Ümumi tarix kafedrasının müdiri dos. Etibar Musayev,baş müəllim Xəyalə Əsgərova, müəllim Əliyeva Elmira iştirak etmişlər.

 Açıq dərsdə Paris sülh konfransı, Almaniya və onun müttəfiqləri ilə sülh müqavilələri, Vaşinqton konfransı və onun qərarları, Genuya və Haaqa konfransı və Lozanna konfransı və s. məsələlər  müzakirə olundu.

Müəllim dərs prosesində həm tələbələrin izahlarına əlavələr edir, həm də ona verilən sualları cavablandırırdı ki, bu da mövzunun hərtərəfli mənimsənilməsini təmin etdi. Dərs çox dolğun, əhatəli, faktların zənginliyi baxımından mükəmməl idi. Tələbələrin fəallığı yüksək səviyyədə idi.