Sosial fənlər kafedrasının magistrlərinin sınaq dərsləri

12 mart 2024-cü il tarixində Sosial fənlər kafedrasının Gənclərlə iş ixtisasının 2 kurs magistri Qurbanova Ayşən Sosial iş ixtisasının I kursunda Sosial iş nəzəriyyəsi və təcrübəsi -2 fənnindən “Çoxcəhətli qiymətləndirmə. İnsan problemlərində çoxsaylı sistemlərin qarşılıqlı təsiri” mövzusunda mühazirə sınaq dərsi olmuşdur. Sınaq dərsdə Sosial fənlər kafedrasının müdiri dos. Cavid Bağırzadə, müəllim Yeganə Əliyeva və magisrtantlar iştirak etmişdilər.

16 mart 2024-cü il tarixində Sosial fənlər kafedrasının Gənclərlə iş ixtisasının 2 kurs magistrantı Zərifə İsmayılova Tarix müəllimliyi 2 kurs ixtisasında Azərbaycan Respublikasının Konstitutsiyası və hüququn əsasları fənnindən Azərbaycan dövləti mövzusunda seminar sınaq dərsi keşmişdi. Sınaq dərsdə Sosial fənlər kafedrasının müdiri dos. Cavid Bağırzadə, müəllim Ramin Əliyev iştirak etmişdir.

18 mart 2024-cü il tarixində Sosial fənlər kafedrasının Gənclərlə iş ixtisasının 2 kusr magistri Qənirə Əsədovanın Sosial iş ixtisasının 1 kursunda Sosial iş təcrübəsində etik prinsiplər fənnindən Etikanın əsas kateqoriyaları mövzusunda sınaq dərsi dinlənilmişdir. Sınaq dərsə Sosial fənlər kafedrasının müdiri dos. Cavid Bağırzadə, baş müəllim Qərənfil Ramazanova və magistrantlar iştirak etmişdilər.