Sosial fənlər kafedrasının magistlərinin sınaq dərsləri

11 mart 2024-cü il tarixində Sosial fənlər kafedrasının Gənclərlə iş ixtisasının II kurs magistr Zərifə İsmayılova Sosial iş ixitasının 2 kurs tələbələrinə Sosial iş tədqiqat metodaları fənnindən seminar sınaq dərsi keçirilmişdir. Sınaq dərsdə Sosial fənlər kafedrasının müdiri dos. Cavid Bağırzadə, müəllim Gülnar Rəhimova iştirak etmişdir.

14 mart 2024-cü il tarixində Sosial fənlər kafedrasının Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş ixtisasının II kurs magistr Türkan Əliyeva Sosial iş ixitasının 1 kurs tələbələrinə Sosial işin etik prinsipləri metodaları fənnindən “Etikanın əsas kateqoriyaları” mövzusunda sınaq dərsi keçirilmişdir. Sınaq dərsdə Sosial fənlər kafedrasının müdiri dos. Cavid Bağırzadə, baş müəllim Qərənfil Ramazanova iştirak etmişdir.