Sosial fənlər kafedrasının magistrantlarının sınaq dərsləri

4 matr 2024-cü il tarixində Sosial fənlər kafedrasının Gənclərlə iş ixtisasının magistrantı Zərifə İsmayılovanın Tarix müəllimliyi ixtisasının 2 kursunda Azərbaycan Respublikasının Konstitutsiyası və hüququn əsasları fənnindən seminar sınaq dərsi olmuşdur. Sınaq dərsdə Sosial fənlər kafedasının müdiri dos. Cavid Bağırzadə, müəllim Ramin Əliyev və magistrantlar iştirak etmişdirlər.

07 mart 2024-cü il tarixində Sosial fənlər kafedrasının Gənclərlə iş ixtisasının 2 kurs magistrantı Ayşən Qurbanova Sosial iş ixtisasının I kursunda Sosial təcrübəsində etik prinsiplər fənnindən “Etik fikir və onun təkamülünün əsas mərhələləri” mövzusunda sınaq dərsi olmuşdur. Keçirilmiş sınaq dərsində Sosial fənlər kafedrasının müdiri dos. Cavid Bağırzadə,baş müəllim Qərənfil Ramazanova və magstrantlar iştirak etmişdirlər.

11 mart 2024-cü il tarixində Sosial fənlər kafedrasının Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş ixtisasının 2 kurs magistrantı Türkan Əliyevanın Sosial iş ixtisasının I kursunda Sosial iş təcrübəsində etik prinsipləri fənnindən “Etik fikir və onun təkamülünün əsas prinsipləri” mövzusunda seminar sınaq dərsi keçirilmişdir. Sınaq dərsdə Sosial fənlər kafedrasının müdiri dos. Cavid Bağırzadə, baş müəllim Şəhriyar Quliyev, baş müəllim Qərənfil Ramazanova və magistrantlar iştriak etmişdirlər.