BU GÜN GÖRKƏMLİ OFTALMOLOQ-ALİM, AKADEMİK ZƏRİFƏ XANIM ƏLİYEVANIN DOĞUM GÜNÜDÜR
Aprelin 28-də Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümüdür. İnsanlara nur bəxş etməyi həyat amalına çevirmiş alim həm də yüksək insani keyfiyyətləri ilə yaddaşlarda yaşayır. Onun rəhbərliyi və qayğısı ilə həkim-oftalmoloqların böyük bir nəsli yetişib. Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz […]
