Müəllif Arxivləri: Azər Cəlilov

Tarix-Coğrafiya fakültəsində 31-mart – Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar anım tədbiri keçirilib

 31 mart-Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Tarix-Coğrafiya fakültəsində tədbir keçirilib.           Vətən uğrunda canlarından keçmiş şəhidlərin və soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlil sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.      Tədbiri giriş sözü ilə Tarix-Coğrafiya fakültəsinin dekanı dosent Urfan Həsənov açaraq tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən və “dənizdən-dənizə böyük Ermənistan” yaratmaq […]

Davamı

“Ailə uşaqların ilkin sosiallaşma institutu kimi” mövzusunda açıq dərs

17 mart  2023-cü il tarixdə Tarix-coğrafiya fakültəsinin Sosial iş ixtisasının III  kursunda  Sosial fənlər kafedrasının müəllimi Fərhadova Qumru Misir qızının Foster ailə və de-institutlaşma dövlət siyasəti fənnindən “Ailə uşaqların ilkin sosiallaşma institutu kimi” mövzusunda açıq dərsi olmuşdur.          Açıq dərsdə ailə kiçik sosial qrupdur, ailənin sosial funksiyaları, nigah və ailə-kəbin münasibətləti və digər məsələlər mühazirədə […]

Davamı

8 Mart – Beynəlxalq Qadınlar Günü

1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub. 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist qadını, Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 […]

Davamı

20 Yanvar – Ümumxalq hüzn günü

   Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilən, ən yeni tariximizin şərəfli səhifələrindən biri sayılan bu faciə xalqımızın azadlıq, demokratiya və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliyə doğru irəliləməsində ciddi dönüş nöqtəsi oldu. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi birləşmələrinin Azərbaycanda törətdiyi kütləvi qırğından 31 il […]

Davamı

Elmi Şura

30 noyabr 2022-ci il tarixində Fakültə Elmi Şurası keçirildi. Elmi Şurada aşağıdakı məsələlər müzakirə edildi. 1. Fakültədə qeyriixtisas və Coğrafiya fənlərinin tədrisi vəziyyəti. 2. Fakültənin ixtisas kafedralarında aparılan elmi tədqiqat işlərinin icra vəziyyəti. 3. Müasbiqə yolu ilə müəllim seçkisi. 4 Cari məsələ.

Davamı

Tarix-Coğrafiya fakültəsində monitorinq keçirildi

23 noyabr 2022- ci il tarixində Tarix-Coğrafiya  fakültəsində dos.Allahverdi Quliyevin sədrliyi ilə monitorinq keçirildi.  Monitorinq qrupunun üzvləri dos. Veysəlova Vüsalə, dos.İbrahimov Cəfər, dos.Bağırzadə Cavid, dos.Atakişiyev Elvin fakültədə cədvəl üzrə keçirilən dərslərdə iştirak etdilər. Sonra isə monitorinq qrupu dərsləri müzakirə etdilər. 

Davamı

“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda bilik yarışı

Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinin tələbələrindən ibarət komandası Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirdiyi bilik yarışında iştirak etmişdir. Bilik yarışı 12 noyabr 2022-ci ildə Heydər Əliyev Mərkəzində Respublikanın 49 ali məktəbinin komandaları arasında keçirilmişdir.Bilik yarışında Gəncə Dövlət Universitetinin komandası 49 ali […]

Davamı

8 noyabr “Zəfər Günü”nə həsr olunmuş tədbir

Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsin də 8 noyabr “Zəfər Günü” nə həsr olunmuş bayram tədbiri keçirilmişdir. Azərbaycan Dövlət Himni ilə başlayan tədbirdə Vətən müharibəsində həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Gəncə Dövlət Universitetinin Humanitar məsələləri üzrə prorektor dosent Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq Zəfər günü münasibəti ilə iştirakçıları təbrik etdi. […]

Davamı

“Uşaqlara və yeniyetmələrə qarşı zorakılıq “mövzusunda açıq dərs

02 noyabr 2022-ci il tarixində Tarix-Coğrafiya fakültəsininin Sosial iş ixtisasının 4 kursunda Sosial fənlər kafedasının müəllimi Babayeva Gülşən Ziya qızının Uşaq, yeniyetmələrlə sosial iş fənnindən “Uşaqlara və yeniyetmələrə qarşı zorakılıq” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə Sosial fənlər kafedrasını icra edən dos. Bağırzadə Cavid, həmin kafedranın p.ü.f.d. Cəlilov Azər, b/m. Quliyev Şəhriyar iştirak etmişdir. Dərsdə […]

Davamı

“Sosial müdafiəyə ehtiyacı olan əhali kateqoriyaları” mövzusunda açıq dərs

25 oktyabr 2022-ci il tarixində Tarix-Coğrafiya fakültəsinin Sosial iş II kursunda Sosial fənlər kafedrasının müəllimi Məmmədova Pərvanə İsmayıl qızının Sosial siyasət fənnindən “Sosial müdafiəyə ehtiyacı olan əhali kateqoriyaları” mövzusunda açıq dərsi olmuşdur. Müəllimə dərsdə müasir texniki vasitələrdən istifadə etməklə mövzuya uyğun slayddan istifadə etməklə əlillik müdafiəsi sahəsində dövlət siyasətinin əsas istiqamətləri, qaçqınlar və məcburi köçkünlər, […]

Davamı